Darvinizm - təsadüfləri ilah etmiş batil bir dinidir. Darvinizm - dünyanın ən böyük elmi saxtakarlığıdır. Darvinistlərin təkamül adı ilə ortaya atdıqları hər bir iddia yalandır. Təkamül nəzəriyyəsinin elmlə heç bir əlaqəsi yoxdur.

DƏCCALIN ƏN BÖYÜK OYUNU OLAN DARVİNİZMƏ QARŞI QƏLƏBƏ ELMİ  MÜBARİZƏ İLƏ QAZANILDI

Darvinizm nə üçün təhlükədir?


Charles Darwin

Darvinizm - təsadüfləri ilah etmiş batil bir dinidir.
Darvinizm - dünyanın ən böyük elmi saxtakarlığıdır.
Darvinistlərin təkamül adı ilə ortaya atdıqları hər bir iddia yalandır.
Təkamül nəzəriyyəsinin elmlə heç bir əlaqəsi yoxdur.

Darvinist ideologiya insanları, cəmiyyətləri Allah inancından uzaqlaşdıra bilmək üçün uydurulmuş saxta bir dindir (Allahı tənzih edirik). Bu qanlı ideologiya axırzamanın ən böyük dəccali cərəyanıdır və kütlələri fərqində olmadıqları halda dinsizliyə, müharibələrə, zalımlığa və əzablara sürükləmişdir. Darvinizm; ateizm, kommunizm, materializm kimi bütün dinsiz cərəyanların əsas qaynağıdır. Dünyaya fəlakət gətirən bütün müharibələr, terrorist hərəkatlar, qətliamlar, soyqırımlar, vəhşət və fəlakət ssenariləri həmişə Darvinizm qaynaqlıdır. Darvinizm, dəccalın ən hiyləgər və ən sapqın üsuludur.

Darvinistlərin batil fikirlərinə görə insan, yalnızca bir heyvandır. Dolayısı ilə Darvinistlər özlərinə görə insana veriləcək dəyərin də, bu nisbətdə olacağını düşünürlər. Darvinin başlıca fikri “insan mübarizə aparan bir heyvandır” kimi ümumiləşdirilə bilər. Bunun bir nəticəsi olaraq, insanlar arasında “güclü olanın həyatda qalması” qanununa söykənən bir ideologiya inkişaf etdirilmişdir. Sözügedən Darvinist ideologiyanı mənimsəyən insanlar dünyaya, kommunizm və faşizm kimi qan tökən cərəyanlar gətirmiş, bütün dünyanı fəlakətə sürükləmişlər. Darvinist fikrin bu cərəyanlarla yayılması ilə reallaşan İkinci Dünya Müharibəsi zamanı 250 milyondan çox insan və yenə qaynağını Darvinizmin meydana gətirdiyi terror hərəkatları zamanı da bir milyarddan çox insan həyatını itirmişdir.

Günümüzdə də davam edən bütün daxili qarşıdurmalar, müharibələr və terror hərəkatları istisnasız olaraq Darvinizm qaynaqlıdır. Darvinist ideologiya elə bu səbəbdən içində olduğumuz axırzamanın ən böyük dəccal fitnəsini meydana gətirməkdədir. Allah inancının bütün dünyaya yayılması və dünyadakı vəhşətin və hüzursuzluqların sona çatmasının tək yolu, bir paqan dini olan Darvinizmin ortadan qaldırılmasıdır.

Bu batil din çox əhatəli bir saxtakarlığa söykənir. Dolayısı ilə batil təkamül inancının elmi olaraq ortadan qaldırılması son dərəcə asandır. 21-ci əsr bu saxta nəzəriyyənin ağıldan uzaq məntiq və saxtakarlıqlarının hər yönüylə ifşa olunduğu bir dövr olmuşdur. Hətta bu saytda oxuyacağınız məlumatlarda da görəcəyiniz kimi təkamül aldatmacası ifşa edilməyə davam edildikcə, dünyanı aldadan və insanlığa bəla gətirən batil təkamül dini tamamilə ortadan qaldırılacaqdır.

Təkamülçülərin saxta ilahı - təsadüflər


Cənab Adnan Oktarın, təsadüf iddiasının məntiqsizliyini və axmaqlığını dünyanın hər tərəfində ifşa etməsindən sonra Darvinistlər də son zamanlarda təsadüf kəlməsini birbaşa istifadə etməkdən çəkinirlər.

Darvinistlərə görə bütün dünyadakı canlılar aləminin möhtəşəm müxtəlifliliyi “TƏSADÜFƏN” var olmuşdur. Darvinistlər “Allah yaratdı” deməmək üçün  (Allahı tənzih edirik) özlərinə təsadüfləri ilah etmişlər və mükəmməl komplekslikdəki canlı sistemlərinin tək mənbəyinin kor, şüursuz hadisələr olduğunu iddia etmişlər. Darvinizm belə bəsit və gülünc bir məntiq üzərində qurularaq insanları aldatmışdır. Universitetlərdə dərs deyən professorların, illərlə oxuyub-araşdırmış elm adamlarının və pedaqoqların heç bir şüuru olmayan təsadüfi hadisələrdən; düşünən, tədbir alan, fövqəladə sistemlər var edən, üstün bir yaradıcı ağılmış kimi bəhs edə bilmələri böyük bir möcüzədir (Allahı tənzih edirik).


Təsadüflər Darvinistlərin guya hər şeyi həyata keçirən, sanki möcüzələr meydana gətirən saxta ilahıdır. Darvinistlərin bəsit dünyasına görə zamantəsadüf birlikdə xəyali bir şəkildə hər şeyi meydana gətirə bilərlər. Bu ağıldan uzaq inanca görə təsadüflər insanların bacara bilmədiklərini bacarır, hər necəsə laboratoriyadan və elm adamlarından daha üstün məlumat, qabiliyyət və texniki imkana sahib ola bilirlər. Əlbəttə ki, bilgili, düşünən və mühakimə qabiliyyəti olan heç bir insanın belə bir iddianı qəbul etməsi mümkün deyildir. Necə ki, Hörmətli Adnan Oktarın 30 ildən çox bir müddət ərzində təkamül nəzəriyyəsinin əsassızlığını ortaya qoymaq üçün yazdığı əsərləri, insanların bu məntiqsizliyi və təkamülün puç bir iddiadan ibarət olduğunu daha yaxşı görmələrinə vəsilə olmuşdur.

Cənab Adnan Oktarın, təsadüf iddiasının məntiqsizliyini və axmaqlığını dünyanın hər tərəfində ifşa etməsindən sonra Darvinistlər də son zamanlarda təsadüf kəlməsini birbaşa istifadə etməkdən çəkinirlər. Ancaq bu dəfə də təsadüf ilə eyni mənaya gələn və eyni nisbətdə məntiqsiz olan başqa kəlmələr istifadə edərək aşağı səviyyəyə düşməyəcəklərini zənn etmişlər. Halbuki, istər “təsadüf” desinlər, istər “özbaşına”  desinlər, hamısında deyilən şey bəsit, şüursuz hadisələrin, şüurlu, tarazlı, simmetrik, kompleks, estetik və qeyri-adi gözəllikdəki canlı dünyasını yoxdan var etdiyi ssenaridir. Darvinistlər bu iddiaları ilə acınacaqlı qeyri-adi dərəcədə məntiqsiz ssenarilərlə canlılar aləminin mənşəyinə təkamülçü açıqlamalar gətirməyə çalışan DARVİNİSTLƏR HƏQİQƏTDƏ BİR ƏDƏD ZÜLAL MOLEKULUNUN BELƏ ÖZ-ÖZÜNƏ ƏMƏLƏ GƏLMƏSİNİ AÇIQLAYA BİLMİRLƏR. Darvinistlərin saxtakarlıqları ilə əlaqəli bilinməsi lazım olan ilk və ən əhəmiyyətli həqiqət budur. Hələ də tək bir zülalın əmələ gəlməsini açıqlaya bilməyən Darvinistlər açıq-aşkar saxtakarlıq etməkdədirlər. Canlılığın meydana gəlməsi ilə əlaqəldar izah etdikləri hər bir hekayə uydurmadır. Bu həqiqətin ortaya çıxması və bundan başqa yüz milyonlarla ildir heç dəyişmədən günümüzə qədər gəlmiş, milyonlarla daşlaşmış canlı qalığının (fosil) bütün dünyaya sərgilənməsi Darvinizmin sonunu gətirmişdir.

TƏKAMÜL NƏZƏRİYYƏSİNİN MƏHV EDİLMƏSİ ÜÇÜN İKİ ƏSAS DƏLİL KİFAYƏTDİR

  1. Hətta bir ədəd zülalın varlığı təkamül nəzəriyyəsini məhv edir

Darvinistlər istədikləri qədər içi formullarla dolu aldadıcı kitablar yazsınlar, istədikləri qədər saxta fosillər meydana gətirsinlər, Yaradılışa dair elmi dəlillərə istədikləri qədər demaqoq hücumlar etsinlər, istədikləri qədər hər tərəfə xəyali şəkillərlə doldurduqları kartondan afişalar yapışdırıb bunu təkamül sərgisi deyə tanıdıb dursunlar, gülünc vəziyyətə düşməkdən qurtula bilməməkdədirlər. Çünki Darvinistlər hələ TƏK BİR PROTEİNİN NECƏ MEYDANA GƏLDİYİNİ BELƏ AÇIQLAYA BİLMİR.
Canlıların ən təməl elementi olan zülalın meydana gəlməsi üçün 100-ə QƏDƏR ZÜLALIN həmin an orada “hazır olması” MÜTLƏQ ŞƏRTDİR. Bu mükəmməl komplekslikdəki strukturun təfərrüatlarına dalmağa gərək belə ehtiyac yoxdur. Sadəcə olaraq başqa zülallar olmadan bir zülalın meydana gəlməyəcəyi həqiqəti DARVİNİZMİ TAMAMİLƏ MƏHV EDİR. Təkamülçülərin tək bir zülal molekulu qarşısındakı məğlubiyyəti bununla bitmir.


Bundan başqa,

  • Tək bir zülalın meydana gəlməsi üçün DNT lazımdır
  • Zülal olmadan DNT əmələ gələ bilməz
  • DNT olmadan zülal əmələ gələ bilməz
  • Zülal olmadan zülal əmələ gələ bilməz
  • Zülal istehsalında mühüm funksiyalar icra edən zülalların biri belə əskik olsa, zülal mövcud ola bilməz
  • Ribozom olmadan zülal əmələ gələ bilməz
  • RNT olmadan zülal əmələ gələ bilməz
  • ATF olmadan zülal əmələ gələ bilməz
  • ATF-i istehsal edəcək mitoxondri də olmadan zülal əmələ gələ bilməz
  • Hüceyrə nüvəsi olmadan zülal əmələ gələ bilməz
  • Sitoplazma da olmadan zülal əmələ gələ bilməz
  • Hüceyrədəki orqanoidlərdən bir dənəsi əskik olsa zülal əmələ gələ bilməz
  • Hüceyrədəki bütün orqanoidlərin var olması və çalışması üçün də zülallər vacibdir
  • Bu orqanoidlər də olmadan heç bir şəkildə zülal var olmaz

Bir sözlə,

BİR PROTEİNİN VAR OLMASI ÜÇÜN HÜCEYRƏNİN BÜTÜNLÜKLƏ OLMASI LAZIMDIR. Hüceyrə bugün araşdırdığımız və çox az bir qismini anlaya bildiyimiz mükəmməl quruluşu ilə var olmadığı müddətcə, BİRCƏ ƏDƏD BELƏ ZÜLAL MEYDANA GƏLƏ BİLMƏZ.

Bu həqiqət qarşısında təkamülçülər yeni-yeni ssenarilər yazmaq vəziyyətində qalmışlar. Bunlardan biri olan Riçard Davkinsin və digər bəzi Darvinistlərin, “öz-özünü kopyalayan molekul” iddiası axmaqlıqdır və sırf insanları aldatmaq üçündür. İNSAN HÜCEYRƏSİNDƏKİ HEÇ BİR MOLEKUL, BAŞQA HEÇ BİR YARDIMA EHTİYAC DUYMADAN, ÖZ-ÖZÜNÜ KOPYALAYARAQ ÇOXALA BİLMƏK QABİLİYYƏTİNƏ SAHİB DEYİLDİR.

 

Göründüyü kimi, təkamül nəzəriyyəsi elə  ilk mərhələdəcə gülünc vəziyyətə düşür. Bir zülal qarşısında çarəsiz qalan Darvinistlərin yer üzündəki canlı müxtəlifliliyi mövzusunda insanları aldatmağa çalışması, təkamül saxtakarlığının nə qədər ciddi ölçülərdə olduğunun açıq bir göstəricisidir.

200-350 Milyon Fosil ilə Təkamül Nəzəriyyəsi Məhv Olmuşdur

Darvinistlər fosillər mövzusunda da saxtakarlıq etməkdədirlər. Davamlı olaraq, insanları öz çıxardıqları saxta ara formalarla aldatmaqda, uydurma şəkillər, saxta maketlər və rekonstruksiyalarla göz boyamaqdadırlar. Bunları istifadə edib öz aləmlərində təlqin metodlarını yaymaqdadırlar. Halbuki, indiyə qədər təkamülçü bir alimin bir ədəd fosili götürüb “biz təkamülə sübut gətirdik” deyə göstərdiyi görülməmişdir. Çünki bu mümkün deyildir. BİR ƏDƏD BELƏ ARA FOSİL NÜMUNƏSİ YOXDUR.

Bu, illərdir Darvinistlərin aldadıcı təlqininə məruz qalanlar üçün önəmli bir həqiqətdir. Çünki bütün Darvinist nəşrlərdə təkamülü isbat edən ara formalardan bəhs edilmir. Halbuki, təkamülü isbat edən tək bir ara forma tapılmamışdır. Bu, Darvinistlərin uydurduğu ən böyük yalanlardan biridir.

İndiyə qədər 350 milyondan artıq fosil tapılmışdır. Bunlardan BİRİ BELƏ ARA FOSİL DEYİLDİR. Darvinistlərin aralıq mövqe tutan canlı forması deyərək nümayiş etdikləri fosillərin də hər birinin saxtakarlıq olduğu ortaya çıxmışdır. 350 milyondan artıq fosilin böyük bir qismi günümüzdə yaşayan canlıların milyonlarla il əvvəlki nümunələridir. Yəni bunlar yaşayan fosillərdir. Bu fosillər isə sübut edir ki, milyonlarla il boyunca canlılar heç bir dəyişiklik keçirməmişlər.
Tapılan fosillərin bir qismi keçmişdə yaşamış və nəsli kəsilmiş canlılara aiddir. Fosillər, bu canlıların yüz milyonlarla il əvvəl çox əhatəli və heyrətamiz bir kompleksliyə sahib olduğunu isbat etmişdir. Bu vəziyyət təkamülün çox əhatəli və elmi olaraq çökməsinin dəlilidir.

Fosillərin təkamülü rədd etməsi Darvinizmə vurulan ikinci böyük zərbədir. Təkamülün yalan olduğunu elmin hər bir sahəsi isbat edir. Hər bir elmi kəşf, hər dəfə yeni dəlillərlə təkamülü çürütməkdədir. Lakin üzərində durduğumuz bu iki –təkamülün zülallər və fosillər qarşısında məğlubiyyəti- təkamülü yıxmağa kifayət etdiyi üçün təkamülü çürüdən digər nüanslara toxunmağa ehtiyac yoxdur. Bu nəhəng zərbə, Darvinistlərə kifayət etmişdir. Ancaq yenə də irəliləyən sətirlərdə təkamülçülərin iddialarına cavab olaraq bəzi təməl mövzulara toxunulacaqdır.

  YAŞAYAN FOSİLLƏR TƏKAMÜL NƏZƏRİYYƏSİNİ TƏKZİB EDİR  
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   

İnsanın Xəyali Təkamülü Üzərində Edilən Spekulyasiyalar Darvinist Saxtakarlıqların Əhəmiyyətli Bir Parçasıdır

Dünya səviyyəsində hakim olan və aşağıda təfərrüatıyla araşdıracağımız Darvinist diktatura əlində tutduğu təsirli Darvinist media yolu ilə illərdir ki, "meymun-insan” saxtakarlığını müdafiə edir. Demək olar ki, tapılan hər bir meymun fosilini bu saxtakarlıq üçün istifadə etmişlər. Ancaq hər dəfə fosilin adi bir meymuna aid olduğu isbat edilmiş və səssiz-sədasız geri çəkilmişlər. Bu, ən məşhur Darvinist yalan üslubudur. Bundan başqa Darvinistlər meymun-insan bənzərliyini istifadə edə bilmək üçün bir meymun növünü ön plana çıxarır və onun müxtəlif davranışlarını, alətdən istifadə forması, öyrənmə qabiliyyəti kimi xüsusiyyətlərini vurğulayaraq göstəriş xarakterli bəzi jestlər edərlər. Məqsəd, insanın meymun nəslindən gəldiyinə dair məşhur Darvinist aldatmacanı, məlumatı olmayan oxuyucular üçün özlərinə görə məqbul göstərə biləcək bir qənaət meydana gətirə bilməkdir.

Meymunların müxtəlif xüsusiyyətlərinə görə insana bənzədiyi doğrudur. Amma bu, insanla meymunun tamamilə fərqli canlılar olduğu həqiqətini dəyişdirməz. Meymun, Allahın iznilə bu dünya üzərində var olduğu müddətcə, meymundan fərqli bir canlı olmayacaq, nə qədər əhliləşidirilirsə-əhliləşdirilsin insan kimi bir düşünmə, hiss etmə, şərh etmə, ehtiyatlı olma, ağıllı davranma, mühakimə etmə, planlı və şüurlu hərəkət, nitq kimi xüsusiyyətlərə sahib ola bilməyəcəkdir. Nə qədər sıx təkrarlar edərsə-etsin, meymun heç bir zaman təyyarə dizaynı edə bilməyəcək, göydələnlər inşa edə bilməyəcək, şeir yaza bilməyəcək, laboratoriyalarda insanı araşdıra bilməyəcəkdir. Nə qədər əhliləşdirilirsə əhliləşdirilsin, bir layihə ərsəyə gətirə bilməyəcək, düşünüb planlayaraq daha yüksək bir mədəniyyət səviyyəsinə çata bilməyəcəkdir. Çünki meymun, Allahın ona xüsusi olaraq verdiyi, onu meymun edən anatomik xüsusiyyətlərə sahib və ən əhəmiyyətlisi insanı insan edən şüur, ağıl və ruhdan məhrum bir varlıqdır. Onun sadəcə bir neçə mövzuda qabiliyyətli olması, insanın əcdadı olduğuna dair iddianın şübhəsiz ki, heç bir şəkildə isbatı ola bilməz.

İnsanı insan edən Allahın nemət olaraq lütf etdiyi ruhdur

Darvinistlər bu iddiaları ortaya atarkən, insan və heyvan arasındakı ən əhəmiyyətli fərqi unutdurmağa çalışırlar. İNSAN, “MƏNƏM DEYƏN, ÖZ VARLIĞININ FƏRQİNDƏ OLAN; NƏ ÜÇÜN YARADILDIĞINI, NƏ ÜÇÜN VAR OLDUĞUNU DÜŞÜNƏ BİLƏN, MÜHAKİMƏ ETMƏ QABİLİYYƏTİYLƏ VAR OLAN BİR CANLIDIR. İNSAN- RUH SAHİBİDİR. Elə bu səbəblə digər canlıların hamısından bu başlıca fərq ilə ayrılır. Ruhun varlığı qarşısında, anatomik müxtəlifliklərin və bacarıqların heç bir ayırdedici dəyəri yoxdur. BİR VARLIQ XARİCİ GÖRÜNÜŞ ETİBARI İLƏ İNSANA BƏNZƏMƏSƏ, LAKİN RUH SAHİBİ OLSA, O YENƏ İNSANDIR. Onu insan edən tək xüsusiyyət budur.

“MƏNƏM” DEYƏN, VARLIĞININ FƏRQİNDƏ OLAN ŞÜURLU BİR VARLIQ, HEÇ BİR MATERİALİST AÇIQLAMA İLƏ AÇIQLANA BİLMƏZ. Heç bir materialist açıqlama, öz varlığının şüurunda olmayan, şüuru qapalı bir canlının, ruhu olan və varlığının şüurunda olan bir varlığa çevrilməsi hekayəsini izah edə bilməz. İnsanın saxta təkamülündən danışarkən və bu mövzuda saysız hesabsız saxta kəllən sümüklərini dəlil olaraq göstərməyə çalışarkən, Darvinistlərin tək toxunmaq istəmədikləri və onları tam mənası ilə çarəsizliyə salan mövzu budur.

Dolayısı ilə Darvinist nəşrlərdə bolca propaqandası edilən insanın təkamülü iddiaları tam bir saxtakarlıqdır. Darvinistlərin əvvəla insanı insan edən; gördüklərindən, duyduqlarından təsirlənməsi, onlar üzərində düşünməsini, ağıl göstərməsini, hörmət, sevgi, vəfa kimi anlayışlara sahib olmasını, mühakimə etməsini təmin edən “ruhun” açıqlamasını vermələri lazımdır. Lakin bu mövzuda heç bir açıqlama gətirə bilməməkdədirlər və gətirmələri də qeyri-mümkündür. Çünki şüurun mənşəyi, yəni insanı insan edən ruh, Allaha aiddir. Allah, Özündən bir lütf olaraq bunu insana bəxş etmiş və onu digər canlılardan, xüsusilə bu yönüylə fərqli etmişdir. Darvinist yalan bu mövzuda çarəsiz və səssizdir.

Allah Quranda insanı Öz ruhundan yaratdığını belə bildirir:

Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!  (Səcdə surəsi, 7-9)

Təsadüfi mutasiyalar canlılığı yox edər,  bir biri ilə uyğun  orqanlar meydana gətirməz

Darvinistlər canlıların təsadüfi mutasiyalar nəticəsində təkamülləşdiklərini, kor və şüursuz mutasiyaların bu an yer üzündə gördüyümüz möhtəşəm canlıları meydana gətirdiklərini iddia edirlər.
Bu iddia ciddi məntiq çatışmazlığıdır.
Mutasiyalar canlı hüceyrənin nüvəsində olan ve genetik məlumat daşıyan DNT molekulunda, radiasiya və kimyəvi təsirlər nəticəsində meydana gələn qopmalar, pozuntular və yerdəyişmələrdir. Mutasiyalar 99% ORQANİZMƏ ZƏRƏR verirlər. 1% isə zərərsiz ola bilərlər. Hər hansı bir orqanizmə FAYDA VERƏN bir mutasiya nümunəsi tapılmamışdır və yoxdur. Bundan başqa,

  • Darvistlərin iddiasına görə, mutasiyalar vücudun hər yerində mütənasib və bir-birinə uyğun dəyişikliklər etməlidirlər.
  • Məsələn, təkamülçülərin iddiasına görə, təsadüfi mutasiyalar sağ tərəfdə iddia etdikləri kimi qulaq formalaşırsa, sol tərəfdə də təsadüfi mutasiyaların eyni simetriyada eyni şəkildə eşidən, eyni xüsusiyyətlərə sahib ikinci bir qulaq yaranmalıdır. Eşitmə prosesində funksiya daşıyan bütün mükəmməl və kompleks qulaq elementlərinin hər birinin eyni formada mükəmməl olaraq meydana gəlməsi lazımdır.
  • Təsadüfi mutasiyaların ürək qapaqcıqlarını da iki tərəfdə də eyni cür formalaşdırması lazımdır. Darvinistərin iddiasına görə, mütləq mutasiyaların bütün kameraları, qapaqcıqları eyni formada, xətasız, tam yerli yerində və eyni anda meydana gətirməsi lazımdır. Vücudun hər bir orqanında bu proses eyni tərzdə olmalıdır.
  • Yoxsa böyük ziddiyyətlər baş verər, bir qulağı tərs, bir dişi fərqli, tək gözü alnında, tək gözü burnunda əcayib canlılar meydana gəlməlidir. Canlılarda belə bir uyumsuzluq olmadığına görə, Darvinistlərin iddiasına görə, mutasiyaların hər şeyi simetrik və uyğun şəkildə meydana gətirməsi lazımdır.
  • Ancaq 99% zərərli, 1% təsirsiz mutasiyaların faydalı olmaları; ağıllı, uyğun, simetrik orqanları eyni anda meydana gətirə bilmələri imkansızıdır.
  • Mutasiyaların təsiri düzgün bir quruluşa avtomatik tüfəklə atəş açmaq kimidir. Sağlam bir şeyin üzərinə atəş açılması, o düzəni tamamilə aradan qaldırar. Tək bir dənəsinin təsirsiz qalması və ya vücuddakı mövcud bir infeksiyanı yandıraraq sağaltması bir şeyi dəyişdirə bilməz. Orqanizm onsuz da özünə dəyən 99 mərmər ilə yerlə bir olmuşdur.

ELM  Anti-Darvinistdir, Anti-Ateistdir

Təkamül nəzəriyyəsi bir elm saxtakarlığıdır. Darvinistlər illərdir təkamüllə insanları aldatmaq üçün elmdən istifadə etmişdilər. Ancaq elm DARVİNİZMİN DÜŞMƏNİDİR. ELM ATEİZMİN QARŞISINDADIR. ELM ANTİ-KOMMUNİST, ANTİ-MATERİALİSTDİR. ELM MARKSİST, ATEİST VƏ DARVİNİST DÜŞÜNCƏNİ DARMADAĞIN EDƏN BİR QURULUŞDUR. Darvinizmi yıxan elm olmuşdur. Darvinist təbliğat elm ilə ən böyük zərbəsini almışdır. Elm kütlələrə illərcə təlqin edilən təkamül saxtakarlığını puç etmişdir. Elm, ateist fəlsəfənin təməllərini yıxmışdır. Elm hara getsə, harada ortaya çıxsa, harada özünü göstərsə, Darvinizmi parçalayar, yox edər. Məhz bu səbəblərə görə, Darvinizmin ən böyük PROBLEMLƏRİNDƏN BİRİ MƏHZ ELMDİR.
Zülalların təsadüfən meydana gələ bilməyəcəyini aşkar edən də ELM olmuşdur.
Hüceyrənin fövqəladə dünyasını ortaya çıxaran və bunun heç vaxt təkamül keçmədiyini göstərən elm olmuşdur.
Canlıların bir-birinə çevrilmələrinin imkansız olduğunu sübut edən elm olmuşdur.
Kembri dövrünün möhtəşəm fosillərini sərgiləyən elm olmuşdur. Beləliklə, elm təkamül nəzəriyyəsini yıxmaq üçün bütün sübutları ortaya çıxartmışdır və hələ də davam edir.
“Təkamül elmdir” deyərək öz saxtakarlıqlarını ört-basdır etməyə çalışan Darvinistləri maddi-mənəvi yıxan elmin göstərdiyi möhtəşəm bir dəlillər vardır. Elm yalnızca dinə xidmət edir, Allahın Uca Varlığının sübutlarını göstərir. Elm Allaha iman edənlər üçündür. Elm səmimi dindarlara fayda verər. Bu həqiqət 21.əsrdə Darvinistərin ən böyük kabusu olmuşdur.
Əlbəttə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?” -deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir. (Əl-Bəqərə Surəsi, 26)
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək )istəyən də aciz qalar, istənilən də! (Hacc Surəsi, 73)

Darvinizm Dünyaya Necə Hakim Oldu?

Darvinizm ideologiyası tamamilə saxtakarlığa əsaslanan, yer üzündəki bütün canlıların tamamilə təsadüfən meydana gəldiyini müdafiə edən primitiv bir yalandır. Ancaq ağlasığmayan bu aldatmaca, dünyadakı bütün dövlətlərə, hökümətlərə, məktəblərə, unversitetlərə, is yerlərinə, qazetlərə, jurnallara, radiolara, televizorlara hakim olmuşdur. Bunu yayan, Darvinizm saxtakarlğını dünyada hakim edən hiyləgər və dəccali bir quruluş olan Darvinist diktatorluğudur. 150 ildir vəzifə başında olan bu diktatorluq hələ də öz vəzifəsini davam etdirir.

 


Məktəblərdə Yaradılışın tədris edilməsi təklifini verdiyi üçün dərhal vəzifəsindən uzaqlaşdırılan İngiltərə Kral Akademiyasının Təhsil Direktoru Maykl Rayss


Təhsil Nazirliyi elm departamentinin sədri Dr. Gavriel Avital təkamül nəzəriyyəsini mühakimə edən yazılı ve şifahi açıqlamalarına görə dərhal vəzifəsindən uzaqlaşdırıldı

Darvinist diktatorluğun hakimiyyəti, zorakılıq, təhdid və təzyiqə əsaslanır. Bugün hardasa dünyanın heç bir ölkəsindəki universitetində TƏKAMÜLƏ QARŞI ÇIXAN BİR PROFESSORUN DƏRS DEMƏSİ MÜMKÜN DEYİLDİR. HEÇ BİR ÖLKƏNİN BAŞ NAZİRİ ANTİ-DARVİNİST OLDUĞUNU AÇIQLAYA BİLMƏZ. HEÇ BİR MÜƏLLİM TƏLƏBƏLƏRİNƏ TƏKAMÜL SAXTAKARLIĞINI İZAH EDƏ BİLMƏZ, TƏLƏBƏLƏR DƏ MÜƏLLİMLƏRİNƏ TƏKAMÜLƏ İNANMADIQLARINI DEYƏ BİLMƏZ. Bunu edən bir professor və ya müəllim dərhal işdən atılar. Həmin tələbə o dərsdən kəsilər. Anti-Darvinist bir nazirin hökümətdə qala bilməsi mümkün deyildir. Beləliklə, Yaradılış həqiqətinin təkamül ilə bir yerdə məktəblərdə keçirilməsi ilə bağlı dünyada edilən bütün cəhdlər NƏTİCƏSİZ QALMIŞDIR.
Bugün məşhur mətbuat orqanları təkamülə sübut olaraq təqdim etdikləri saxta bir fosilin xəbərini MÜTLƏQ GÖSTƏRMƏK MƏCBURİYYƏTİNDƏDİRLƏR. Mütləq bu saxtakarlığın bir parçası olmalıdır, yoxsa mətbuat həyatı sona çatar. Yaradılışı müdafiə etdiyi, hətta sadəcə olaraq Yaradılış ilə bağlı bir məqalədən bəhs etdiyi üçün kariyerası sona çatan bir elm adamının və ya professorun yenidən işə girəsi mümkün deyil. Bu insan çox güman ki, ətrafındakı bütün dostlarını da itirəcəkdir. Elm sahəsində yenidən özünə yer tapa bilməsi isə demək olar ki, imkansızdır.

YARADILIŞ GERÇƏYİNİ MÜDAFİƏ ETDİKLƏRİ ÜÇÜN VƏZİFƏLƏRİNDƏN UZAQLAŞDIRILAN DİGƏR PROFESSORLAR

   
 

İstifadə edilən vasitə isə təhdid, güc-qüvvə və zorakılıqdır. Darvinist diktatorluğun hədə-qorxu və məcburi tətbiqlərinə görə insanlar indiyənə qədər Darvinizmə qarşı olduqlarını açıq ifadə edə bilməmiş, adətən rola girmək məcburiyyətində qalmışdılar. Darvinizmin rəddi hər cür vasitədən istifadə edilərək qarşısı alınır, çünki əsk təqdirdə Darvinizm dininin müdafiəçilərinin heç bir dayağı olmayan bir nəzəriyyəni canlı tuta bilmək üçün bir yolu qalmamış olacaqdır. Bunun yalan olduğunu iddia etmək günah sayılar. Elm iddiası ilə ortaya atılan nəzəriyyə tam mənası ilə elmdən uzaq, faktiki və açıqca rədd edilməsinə mane olunan, batil və doqmatik bir inanc halına gəlmişdir. Əsl diqqət çəkən isə bunun göz önündə və heç çəkinilmədən edilməsidir.

Dünyanı fəlakətə aparan təkamül nəzəriyyəsi elmin inkişafına da mane olur

Bugün dünyada təkamülü dəstkləmək üçün sərf edilən pul milliyonlarla dollardır. Təkamül çalışması deyilən şey sərvət xərcləyərək yalnızca yeni saxtakarlıqlar ortaya çıxartmaq və bunu mətbuat vasitəsi ilə yaymaqdır. Müxtəlif elmi kəşflər və tibb sahəsində tapılan yeniliklərdə, məsələn, xərçəng, alçqeymer (alzheimerz) kimi xəstəliklərin müalicəsində istifadə edilə biləcək, ya da Afrikada aclıqdan ölən milliyonlarca insana çatdırıla biləcək bu pullar günahsız xalqdan alınıb, dünyanı fəlakətə aparan bir saxtakarlıq üçün xərclənilir.
150 illik tarixin ən böyük saxtakarlığı olan təkamülün bütün dünyaya yayılması və saxta hipnozunu kütlələrə çatdırması Darvinist diktatorluğun vasitələri ilə həyata keçirilmişdir. Göründüyü kimi, Darvinizm elmi olduğu üçün deyil, tamamilə məcburi olaraq təlqin edildiyi və Darvinist diktatorluğu tərəfindən qorunduğu üçün dünyada özünə dəstək tapmışdır. Əksəriyyətin bu saxta nəzəriyyəni müdafiə edir görünməsi insanları aldatmamalıdır. Çünki, bu insanların bir qismi Darvinizmin dünya tarixində yaşanan tarixin ən böyük saxtakarlıq olduğunu bilmir, bir qismi isə işini itirməmək və ya ətrafının diqqətini üzərinə çəkməmək üçün Darvinizmi dəstəkləyir kimi görünür. Dünya hakimiyyəti DƏHŞƏTLİ BİR DƏCCAL SİSTEMİ OLAN DARVİNİST DİKTATURA TƏRƏFİNDƏN dəstəklənən bu saxta nəzəriyyənin bütün dayaqları tək-tək yox edilir. Təkamül nəzəriyyəsinin tamamilə aradan qaldırılması Allahın izini ilə an məsələsidir.

Yaratılış Atlası və İnanclarını İtirən Darvinistlər  
Hər tərəfi qapalı bir otaqdakı insana “çöldə hava qaranlıqdır” deyildiyində, buna 50 ehtimal verər və inana bilər. Ancaq pəncərənin sadəcə balaca bir hissəsindən çöldəki Günəşi gördüyündə artıq bu insana çöldəki havanın qaranlıq olduğuna inandırmağın heç bir yolu yoxdur.



Mərkəzi Fransanın Strasburq şəhərində olan Avropa Şurasına bir rapor təqdim edən Lüksemburqlu politoloq Enn Braser mətbuat konfransında Yaradılış Atlası-nı qaldırıb jurnalistlərə göstərərək kitabla əlaqədar bunları dedi:

Harun Yəhya Müsəlman, Türk yaradılışçısıdır. Bu, kitabın ilk cildidir. 2-ci cildi də var. Avropaya göndərdi. İki dildədir. İngilis və Fransızca. Təkamül Nəzəriyyəsinin yalan olduğunu, Darvinizmin terrorun mənbəyi olduğunu, 20-ci əsrdəki diktatorlardan və s.dən Darvinizmin məsul olduğu izah edir


Darvinistərin vəziyyəti də eyni ilə bu cür olmuşdur. 150 il müddətində Darvinistlər elm adı altında hər cür saxtakarlığa əl atmışdılar. Bundan heç utanc da hiss etməyiblər. Çünki, bu yalnış xəbərlərlə insanları aldada biləcəklərinə özlərini inandırmışdılar. Ciddi təlqin və hipnoz təsiri ilə bir yalanı təkrarlamış və beləcə heyrət ediləcək tərzdə tərəfdarlar toplamışdılar. Ancaq hər şey tam Darvinistlərin planlaşdırdığı kimi gedərkən, insanlar hipnozun təsirinə tam olaraq girmişkən, dünyada təkamülü rədd etmək adətən bir günah halına gəlmişkən, insanlar qəfildən Günəşi görmüşdülər. Bu günəş - Yaratılş Atlasıdır.

Yaratılış Atlasının bir anda bütün dünyaya yayılması ilə insanları təkamülə inandırmaq mümkün deyil. Yaratılş Atlasında göstərilən minlərlə canlı fosillər tək bir Darvinistin belə inkar edilə biləcəyi kimi deyildir. Bundan əlavə, bu möhtəşəm kitabdakı tək bir fosil belə təkamülü yox etməyə bəsdir.
Yaratılış Atlası qarşısında Darvinizmin qalası olan Fransa mətbuatı dəhşətə düşmüş, “Fransa tarixinin ən böyük fəlakəti”,  “göydən fəlakət yağdı”, “yüzlərlə illik mədəniyyətimiz məhv oldu” kimi ifadələrlə Atlası təsvir etmişdir.

Avropa Parlamenti bu möhtəşəm kitabı təhsilə ən böyük təhlükə görərək, çaşğınlıq içində gündəmə gətirmiş, yüzlərlə Darvinist mətbuat orqanı Atasın dünyadakı möhtəşəm təsirini dilə gətirmək məcburiyyətində qalmışdır.


Yaratılış Atlası bütün iman edənlərin güclənməsinə səbəb olmuşdur

Cənab Adnan Oktarın tək bir protein belə təsadüfən meydana gəlməyəcəyi həqiqətini dünyaya yayması və Yaratılış Atlası adlı əsəri ilə milyonlarca canlının dəyişmədiyini sübut etməsi, bugün dünyada təkamülü yox edən en güclü çalışmadır. Dünyadakı dindar Müsəlman, Xristian, Musəvilər də bu uğur sayəsində rahatlıqla hərəkət edə bilir və özlərinə inamları artıb. Əvvəllər Darvinistlərə qarşı son dərəcə zəif olan, heç bir fəaliyyət göstərə bilməyən bir qisim dindarlar bu əhəmiyyətli çalışmalardan sonra güclənməyə başlayıblar. Cənab Adnan Oktarın təkamülü yıxan, dəyərli və əzimli çalışmalarının arxasınca Amerika əsgərlərinə təkamül saxtakarlığını izah edən və Allahın birliyinə çağıran konfranslar verilmişdir. Bu əhəmiyyətli işlərin arxasınca Kanadada, Amerikada, İsveçirədə, Belçikada, Almaniyada, Avstraliyada və Yeni Zelandiyada, Fransada, Danimarka və İsveçdə, İndoneziya və Maleziyada, Sinqapur və Dubayda və daha bir çox ölkədə minlərcə insanın iştirak etdiyi YARATILIŞ KONFRANSLARI keçirilmiş, bütün dünyada televizor və yazılı mətbuat bu üstün çalışmalardan bəhs etmişdir.

Bu üstün uğurun dərhal ardınca Darvinistlər bu batil dinə olan inanclarını itirmişdilər. İllərdir uğrunda fəaliyyət apardıqları saxtakarlığı müdafiə edəcək yeni gücləri qalmamışdır. DARVİNİST JURNALLAR – MADDİ ÇƏTİNLİKLƏRƏ GÖRƏ DEYİL, SIRF İNANCLARINI İTİRDİKLƏRİ ÜÇÜN – BİR BİR BAĞLANMAĞA, çıxışlarını dayandırmağa davam edirlər. Hər həftə yeni bir saxtakarlıq iddiası ilə ortaya çıxan dünyaca tanınmış Darvinist mətbuatlar ARTIQ TƏK BİR SAXTAKARLIQ XƏBƏRİ BELƏ VERƏ BİLMİRLƏR. Darvinizmin tək güc qaynağı olan Darvinist təbliğat səssiz-sədasız sona çatmışdır. Darvinistlər hər fürsətdə müxtəlif təbliğat üsulları ilə təkamülü gündəmə gətirərkən, bir anda süs qalmışlar, daha çox rüsvay olmaqdan çəkinmişlər.

Londonda Yaradılış Atlası-nı nümayiş etdirən avtobus elanları

CƏNAB ADNAN OKTARIN ƏSƏRLƏRİNDƏN FAYDALANILARAQ TƏŞKİL OLUNAN YARADILIŞ GERÇƏYİ KONFRANSLARI DÜNYANIN BÜYÜK ŞƏHƏRLƏRİNDƏ GENİŞ ƏKS-SƏDA YARATDI.

Switzerland- Lausanne >>> Germany Luenen >>>
Germany Luenen >>> France Paris >>>

ABŞ-ın San Antonio Hava Bazasında Harun Yəhya Konfransından sonra Cənab Adnan Oktara təqdim edilən medal


Darvinizm bəlasından qurtuluş qapısı hər zaman açıqdır
Hz. Mehdi və Hz. İsa (ə.s)ın zühur edəcəyi axır zaman içində, bütün batil dinlər, dəhşətli və böyük bir çöküşlə çökməkdədir. Bu çöküşü heç kimsə durdurmayacaqdır. Bu Allahın adətullahı, qəti qanunudur. Allah bu dövrdə, bu böyük süqutda Cənab Adnan Oktarın apardığı işləri vəsilə etmişdir. Çox yaxın bir zamanda Darvinizmə kor-koranə inanan insanların hamısı necə aldadıldıqlarını anlayacaq, Darvinistlər isə saxtakar mövqeyinə düşdükləri üçün peşman olacaqlardır. Əlbəttə, heç bir şey üçün gec deyildir, məğlubiyyətin və xətanın fərqinə vararaq həqiqəti tapmaq və həqiqəti müdafiə etmək lazımdır. Beləliklə, Darvinizm bəlasını anlayan hər bir Darvinist üçün, bu dünya həyatı boyunca həyatını həsr etdiyi bu böyük xətadan dönmək imkanı, əlbəttə ki, vardır.